Bu gün minifutbol üzrə Çempionlar Liqasında mübarizəyə start verilib.
İdman.biz xəbər verir ki, 2 təmsilçimiz, “Birbaşa Bakı” və “AzNur” turnirdə ölkəmizi təmsil edir.
Polşanın Varşava şəhərində keçirilən yarışda ilk olaraq meydana C qrupunda qərarlaşan “AzNur” komandamız çıxıb. Rəcəb Fərəczadənin komandası Fransanın “Les Piopio” klubunu 2:1 hesabı ilə məğlub edib.
E qrupunda qərarlaşan Azərbaycan çempionu “Birbaşa Bakı”nın ilk rəqibi isə İspaniyanın “Malaqa” klubu olub. Komandamız 2:0 hesabı ilə önə keçsə də, üstünlüyü qoruya bilməyib. Oyun 2:2 bitib.
Minifutbol: Çempionlar Liqası
Qrup mərhələsi
5 sentyabr
C qrupu
17:00. “AzNur” – “Les Piopio” (Fransa) – 2:1
Qollar: Böyükağa Quliyev, 2. Raqif Eyvazov, 12. – David Perisset, 17.
E qrupu
19:00. “Birbaşa Bakı” – “Malaqa” - 2:2
Qollar. Cəfər Cəfərzadə, 12. Elvin Əlizadə, 13 - Pablo Aguero, 20 Oskar Fernandes, 30
İdman.biz