“Hekken” – “Qarabağ” oyununun hakimləri müəyyənləşib

Xəbərlər
3 Oktyabr 2023 13:51
112
“Hekken” – “Qarabağ” oyununun hakimləri müəyyənləşib

UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək “Hekken” (İsveç) - “Qarabağ” oyununun təyinatları açıqlanıb.

İdman.biz xəbər verir ki, oktyabrın 5-də “Ullevi” stadionunda baş tutacaq matça Avstriyadan olan ədalət təmsilçiləri təyinat alıb.

Qarşılaşmanı Sebastian Qişamer idarə edəcək. Roland Riedel və Santino Şreiner baş hakimin köməkçiləri olacaqlar. Stefan Ebner dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 5-də “Ullevi” stadionunda keçiriləcək “Hekken” - “Qarabağ” görüşü saat 23:00-da başlayacaq.

UEFA Avropa Liqası
II tur
5 oktyabr
23:00. “Hekken” – “Qarabağ”
Baş hakim:
Sebastian Qişamer
Baş hakimin köməkçiləri: Roland Riedel, Santino Şreiner
Dördüncü hakim: Stefan Ebner
VAR: Kristian-Petru Çioirça
AVAR: Aleksander Harkam (hamısı Avstriya)
“Ullevi” stadionu

İdman.biz