“Öz istəyimlə klubdan getdim”.
Bunu İdman.bizə “Kəpəz”in sabiq baş məşqçisi Adil Şükürov deyib.
O, klubdan ayrılmasına münasibət bildirib: “Hazırda hər şey yaxşıdır. Bütün məsələlər qaydasındadır. Öz fikrimlə bu qərarı verdim. Bu barədə yalnız gələcəkdə geniş danışa bilərəm. Başqa açıqlama vermək istəmirəm”.
Qeyd edək ki, 2023-cü ilin noyabrından “Kəpəz”i çalışdıran Şükürov Gəncə klubunu 29 oyuna çıxarıb. Bu matçlarda 8 qələbə, 5 heç-heçə və 16 məğlubiyyət qeydə alınıb.
Banuçiçək Hüseynli
İdman.biz