ABŞ-nin Texas ştatında futbol matçı zamanı faciəvi hadisə baş verib.
İdman.Biz KWCH telekanalına istinadən xəbər verir ki, qara rəngli pikap əvvəlcə futbol meydançasına daxil olub, daha sonra azarkeşlərin üzərinə sürülüb.
Hadisə nəticəsində biri uşaq olmaqla iki nəfər həyatını itirib. Bir neçə azarkeş isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Polis avtomobilin sürücüsünü saxlayıb. Hadisə zamanı nəqliyyat vasitəsində iki azyaşlı da olub.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

