“Bavariya”nın futbolçusu Yoşua Kimmix Bundesliqanın altıncı turunda “RB Leypsiq” üzərində 6:1 hesablı qələbəni şərh edib.
İdman.Biz Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı futbolçu komandasının xüsusilə ilk 60 dəqiqədə nümayiş etdirdiyi oyundan razı qalıb və Luis Diası qarşılaşmanın ən yaxşı futbolçusu adlandırıb.
“İlk 60 dəqiqədə çox yaxşı çıxış etdik. Xüsusilə birinci hissədə daha çox qol vura bilərdik. İkinci hissəyə də çox inamlı başladıq. Son 30 dəqiqə pis deyildi, amma ilk 60 dəqiqə tamamilə başqa səviyyə idi.
Luço (Luis Dias) üçün çox sevinirəm. O, buna həqiqətən layiq idi. Əlbəttə, mövsümün əvvəlində bir neçə qol fürsətini qaçırmışdı, amma ötən mövsüm bizim üçün möhtəşəm göstəricilər nümayiş etdirdi. Bu gün əla oyun keçirdi və şübhəsiz, meydanın ən yaxşı futbolçusu idi. Onun adına çox sevinirəm”, - deyə Kimmix bildirib.
Qeyd edək ki, “Bavariya”nın 6:1 hesablı qələbəsində Luis Dias üç qol vurub və bir məhsuldar ötürmə edib.
