Unai Emeri Premyer Liqada 100-cü qələbəsini qazandı

18 Oktyabr 2026 05:03
96
Unai Emeri Premyer Liqada 100-cü qələbəsini qazandı

“Aston Villa”nın baş məşqçisi Unai Emeri İngiltərə Premyer Liqasında 100-cü qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis bu göstəriciyə Premyer Liqanın yeddinci turunda “Nyukasl” üzərində 1:0 hesablı səfər qələbəsindən sonra çatıb.

Emeri İngiltərə Premyer Liqasında 100 qələbə həddinə 197 matçda nail olub. Turnirin tarixində yalnız səkkiz baş məşqçi bu göstəriciyə ondan daha tez çatmağı bacarıb.

Qeyd edək ki, ispaniyalı mütəxəssis əvvəllər İngiltərədə “Arsenal”ı da çalışdırıb. O, həmçinin “Vilyarreal”, PSJ və “Sevilya” kimi klubların baş məşqçisi olub.

“Aston Villa” hazırda Premyer Liqanın turnir cədvəlində 12-ci yerdə qərarlaşıb. Komanda növbəti turda, oktyabrın 24-də “Mançester Siti”ni qəbul edəcək.

İdman.Biz