Braziliyada 15 yaşlı futbolçuların iki oyununda 19 qol vurulub

18 Oktyabr 2026 10:24
97
Braziliyada 15 yaşlı futbolçuların iki oyununda 19 qol vurulub

Braziliyanın Akre ştatında 15 yaşadək futbolçular arasında keçirilən çempionatın üçüncü turu böyükhesablı qələbələrlə yadda qalıb.

İdman.Biz “Globo Esporte”yə istinadən xəbər verir ki, Rio-Branko şəhərindəki “Tonikan” və “Arena da Floresta” stadionlarında yeddi qarşılaşma keçirilib.

Turun ən böyük hesabı “Qalves” və “Eskolinya do Santinya” komandalarının görüşündə qeydə alınıb. “Qalves” rəqibini 10:0 hesabı ilə darmadağın edib.

Digər qarşılaşmada “Santa Kruz” “Eskolinya do Qalves”ə 8:1 hesabı ilə qalib gəlib. “İndependensiya” isə PSJ-AC komandasını 5:1 hesabı ilə məğlub edib.

İdman.Biz
Məqalədə: