Bu gün futbol üzrə Avropanın beş aparıcı ölkəsinin çempionatlarında və Türkiyə Super Liqasında növbəti turun oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, İngiltərə Premyer Liqasında “Mançester Yunayted” “Lids”in qonağı olacaq. “Arsenal” isə səfərdə “Nottingem Forest”lə üz-üzə gələcək.
İspaniya La Liqasında günün əsas qarşılaşması “Real Madrid” və “Sevilya” komandaları arasında baş tutacaq.
İtaliya A Seriyasında “Milan” “Atalanta”nı qəbul edəcək. “Yuventus” isə doğma meydanda “Latsio” ilə münasibətlərinə aydınlıq gətirəcək.
Almaniya Bundesliqasında “Bayer” “Frayburq”la, Fransa Liqa 1-də isə “Lion” “Nitsa” ilə qarşılaşacaq.
Türkiyə Superliqasında da səkkizinci turun üç oyunu keçiriləcək.
18 oktyabrın oyunlarının afişası (Bakı vaxtı ilə):
İngiltərə Premyer Liqası
17:00 “Bornmut” - “Sanderlend”
17:00 “Brayton” - “Kristal Palas”
17:00 “Lids” - “Mançester Yunayted”
19:30 “Nottinqem Forest” - “Arsenal”
İspaniya La Liqası
16:00 “Osasuna” - “Rasinq” (Santander)
18:15 “Selta” - “Alaves”
20:30 “Malaqa” - “Real Sosyedad”
23:00 “Real Madrid” - “Sevilya”
İtaliya A Seriyası
14:30 “Udineze” - “Leççe”
17:00 “Fiorentina” - “Komo”
20:00 “Milan” - “Atalanta”
22:45 “Yuventus” - “Latsio”
Almaniya Bundesliqası
17:30 “Bayer” - “Frayburq”
19:30 “Borussiya” (Mönhenqladbax) - “Hoffenhaym”
Fransa Liqa 1
17:00 “Anje” - “Marsel”
19:15 “Havr” - “Oser”
19:15 “Loryan” - “Monako”
19:15 “Paris” - “Renn”
22:45 “Lion” - “Nitsa”
Türkiyə Superliqası
14:30 “Kasımpaşa” - “Samsunspor”
17:00 “Kocaelispor” - “Göztəpə”
20:00 “Başakşəhər” - “Qaziantep”
