Azərbaycan millisinin heyətinin açıqlanacağı vaxt bəlli olub.
İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Avqustun 30-da, saat 11:00-da Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında yığmanın Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Bakıda İsveç və sentyabrın 8-də Koşitsedə Slovakiya milliləri ilə oyunlar üçün heyəti açıqlanacaq.
Qeyd edək ki, tədbir AFFA-nın inzibati binasında baş tutacaq.
İdman.biz