Avropa çempionu "Arsenal"da

Xəbərlər
27 Avqust 2024 19:48
181
Avropa çempionu "Arsenal"da

Mikel Merino karyerasını İngiltərədə davam etdirəcək.

İdman.biz xəbər verir ki, ispaniyalı futbolçu "Arsenal"la 4 illik müqavilə imzalayıb.

London klubu bu transferə görə Merinonun çıxış etdiyi "Real Sosyedad"a 34 milyon avro ödəyib. Mikel 2018-ci ildən komandanın formasını geyinib və bu müddətdə 242 oyunda meydana çıxıb.

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi İspaniya yığmasının heyətində AVRO-2024-ün qalibi olub.

İdman.biz