Koman qərarını verib

Xəbərlər
26 Avqust 2024 23:37
407
Koman qərarını verib

Fransalı futbolçu Kinqsli Koman "Bavariya"nı tərk etməyə qərar verib.

İdman.biz xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

28 yaşlı vingerlə qitənin bir çox klubları maraqlanır. Komanın "Barselona", "Mançester Siti", PSJ və "Fənərbaxça"nın hədəfində olduğu bildirilib.

Qeyd edək ki, Koman Almaniya Bundesliqasının ilk turunda meydana çıxmayıb.

İdman.biz