"Borussiya"dan ayrılan Mats Hummels hələ də özünə klub tapa bilməyib.
İdman.biz xəbər verir ki, almaniyalı müdafiəçi "Real Sosyedad"ın maraq dairəsinə düşüb.
Tərəflər ilkin danışıqlar aparsalar da, hələlik yekun qərar verilməyib. 35 yaşlı futbolçu İspaniya təmsilçisindən vaxt istəyib.
Qeyd edək ki, Hummelsin "Real", "Bolonya" və Səudiyyə Ərəbistanı klublarının maraq dairəsində olduğu bildirilib.
İdman.biz