Tanınmış futbol məşqçisi Sven-Yoran Eriksson vəfat edib.
İdman.biz xəbər verir ki, İngiltərə millisi, “Mançester Siti”, “Latsio” və “Roma” kimi klublarda çalışmış mütəxəssis 76 yaşında ölüb.
İsveçli məşqçi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bu ilin yanvarında onda xərçəng xəstəliyi aşkarlanıb.
Qeyd edək ki, Eriksson “Hoteborq”la UEFA kubokunun, “Latsio” ilə Kuboklar kuboku və UEFA Superkubokunun qalibi olub, Portuqaliyada 3, İtaliya və İsveçdə 1 çempionluq yaşayıb.
İdman.biz