Əliyar Ağayev UEFA-nın seminarına dəvət alıb

Xəbərlər
26 Avqust 2024 09:30
290
Əliyar Ağayev UEFA-nın seminarına dəvət alıb

UEFA-nın hakimlər üçün seminarı keçiriləcək.

İdman.biz xəbər verir ki, tədbir İsveçrənin Cenevrə şəhərində təşkil olunacaq.

Seminar elit kateqoriyalı və 1-ci dərəcəli hakimlər üçün nəzərdə tutulub. Tədbirdə Azərbaycanın FIFA referisi Əliyar Ağayev də iştirak edəcək.

Qeyd edək ki, seminar sentyabrın 2-dən 4-dək keçiriləcək.

İdman.biz