“Kəpəz” braziliyalı yarımmüdafiəçi transfer edib

22 Avqust 2024 17:41
902
“Kəpəz” braziliyalı yarımmüdafiəçi transfer edib

“Kəpəz” heyətinə yeni futbolçu cəlb edib.

Klubdan İdman.bizə verilən məlumata görə, Keverton Resende Markolino Gəncə təmsilçisinin şərəfini qoruyacaq.

23 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Braziliyalı son olaraq vətənində "Hersilio Luz" klubunda çıxış edib.

İdman.biz