Xabi Alonso: “Çelsi” mənim üçün əla variantdır”

21 May 2026 12:40
93
Xabi Alonso: “Çelsi” mənim üçün əla variantdır”

İspaniyalı mütəxəssis Xabi Alonso “Çelsi” klubuna baş məşqçi təyin olunması ilə bağlı ilk açıqlamasını verib.

İdman.Biz xəbər verir ki, xarici mətbuata verdiyi açıqlamada 44 yaşlı mütəxəssis yeni işindən xoşbəxt olduğunu bildirib. O, artıq “Çelsi” ilə yeni mövsümə hazırlığa başladığını deyib.

Alonso London klubuna keçidinin qısa müddətdə reallaşdığını vurğulayıb: “Hər şey çox tez baş verdi. Bu, mənim üçün çox yaxşı variantdır”.

Məşqçi heyətdəki futbolçular barədə danışarkən Joao Pedro, Enzo Fernandez və Mark Kukurella kimi oyunçuların böyük maraq doğurduğunu bildirib. Alonso onların komandada qalmasının vacibliyinə işarə edib.

İdman.Biz
Məqalədə: