Millimizi sentyabrda nə gözləyir?

Xəbərlər
22 Avqust 2024 16:25
923
Millimizi sentyabrda nə gözləyir?

Azərbaycan millisinin sentyabrda keçirəcəyi oyunları dəyəri açıqlanıb.

İdman.biz xəbər verir ki, Millətlər Liqasının İsveçlə ev, Slovakiya ilə səfər görüşləri yığmamızın xal hesabına ciddi təsir edə bilər.

Fernandu Santuşun yetirmələri iki qələbə qazansa, 23,3 xal əldə edəcək. Xal hesabımızın azalmaması üçün hətta bir oyunda heç-heçə də yetərlidir.

Yalnız iki məğlubiyyət komandamızın xallarını azalması ilə nəticələnəcək. Bu isə 6,7 xal itkisinə bərabər olacaq.

Qeyd edək ki, hazırda 1179,88 xalı olan yığmamız dünyada 111-cidir.

Millətlər Liqası
5 sentyabr

Azərbaycan - İsveç
Millimizin qələbəsi: 11,8
Millimizin heç-heçəsi: 4,3
Millimizin məğlubiyyəti: -3,2

8 sentyabr
Slovakiya - Azərbaycan

Millimizin qələbəsi: 11,5
Millimizin heç-heçəsi: 4,0
Millimizin məğlubiyyəti: -3,5

İdman.biz