“Beşiktaş” 3 qol vursa da...

Xəbərlər
23 Avqust 2024 01:23
294
“Beşiktaş” 3 qol vursa da...

Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

İdman.biz xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində 12 matç baş tutub.

Qardaş Türkiyə təmsilçisi “Beşiktaş” “Luqano” ilə qarşılaşıb. İsveçrədə təşkil olunan ilk oyun məhsuldar keçib. Qapılara 6 qol vurulub. 3:3 hesabı ilə başa çatan görüşdə "qara qartallar" iki top fərqli üstünlüyü qoruya bilməyiblər.

"Lüdoqorets", PAOK, "Ayaks" və "Makkabi" ilk oyunda böyükhesablı qələbə qazanaraq, cavab matçına sərfəli nəticə ilə çıxacaqlar.

Avropa Liqası
Pley-off mərhələsi
İlk oyunlar
22 avqust

21:00. LASK – FCSB - 1:1
21:00. "Molde" - "Elfsborq" - 0:1
21:00. RFŞ – APOEL - 2:1
21:00. “Viktoriya” Pl - “Harts” - 1:0
21:30. PAOK - "Şemrok Rovers" - 4:0
22:00. "Lüdoqorets" - "Petrokub" - 4:0
22:00. "Makkabi" TƏ - “Baçka Topola” - 3:0
22:30. "Luqano" - “Beşiktaş” - 3:3
22:45. "Dinamo" Mn - “Anderlext” - 0:1
22:45. "Yagellonya" - "Ayaks" - 1:4
23:00. "Ferentsvaroş" - "Borats" - 0:0
23:30. "Braqa" - "Rapid" V - 2:1

Qeyd edək ki, pley-offun cavab oyunları avqustun 29-da keçiriləcək.

İdman.biz