"Qarşılaşmada 75 dəqiqə bərabər səviyyəli oyun getdi".
Bunu İdman.bizə Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
O, "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Dinamo"ya 0:3 hesablı məğlubiyyətini şərh edib. Təcrübəli mütəxəsəssin sözlərinə görə, Qurban Qurbanovun komandası qol şanslarından istifadə edə bilsəydi, fərqli nəticə olardı: "İkinci qoldan sonra oyunun nizam-intizamı pozuldu. "Qarabağ" qol vurmaq üçün irəli atıldı və əks-hücumlarda yaxalandı. Ağdam təmsilçisi özü də bir neçə epizodda fərqlənə bilərdi. Lakin rəqibin qapıçısı özünü yaxşı tərəfdən göstərdi".
Əsədovun bildirilib ki, hələlik nəsə itirilməyib: "Hər şey Bakıdakı matçın ilk dəqiqələrindən asılı olacaq. Əgər "Qarabağ" tez qol vura bilsə, qələbə bizim ola bilər. Çünki rəqib əks-hücumda yaxşı təsir bağışlasa da, müdafiəsində müəyyən problemlər var. Hələlik heç nə itirilməyib".
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Banuçiçək Hüseynli
İdman.biz