“Neftçi” “Qarabağ”ı öz stadionunda qəbul edəcək - FOTO

21 Avqust 2024 13:14
437
“Neftçi” “Qarabağ”ı öz stadionunda qəbul edəcək - FOTO

“Neftçi Arena”nın ot örtüyü ilə bağlı son duruma aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, bununla bağlı klubun koordinatoru Rüstəm Əfsərli açıqlama verib.

O bildirib ki, stadionun ot örütüyünün yaxşı vəziyyətə gətirilməsi ilə bağlı işləri aparılır: “Ciddi irəliləyiş var. Sentyabrın 20-də “Qarabağ”la oyunu məhz “Neftçi Arena”da keçirəcəyik. Uzun müddətdir stadionda bu məsələ ilə bağlı kiçik işlər aparılıb”.

Onun sözlərinə görə, mövsümün əvvəlində də ot örtüyü istənilən səviyyədə olmayıb: “Ürəyimizcə deyildi. İlk matçda azarkeşlərin istəyinə qarşı olmamaq üçün oyunu evimizdə keçirdik”.

Banuçiçək Hüseynli
İdman.biz