Yamal Ronalduya çatmadı, onu keçdi

11 May 2026 06:17
363
Yamal Ronalduya çatmadı, onu keçdi

İspaniyanın “Barselona” futbol komandasının vingeri Lamin Yamal “Real”ın keçmiş hücumçusu Kriştianu Ronaldunu İspaniya çempionluqlarının sayına görə geridə qoyub.

İdman.Biz xəbər verir ki, 18 yaşlı futbolçu “Barselona” ilə üçüncü dəfə La Liqanın qalibi olub. Kataloniya təmsilçisi “Real Madrid”ə 2:0 hesabı ilə qalib gələrək mövsümün başa çatmasına üç tur qalmış çempionluğu rəsmiləşdirib.

Maraqlıdır ki, Yamal bunu cəmi dörd mövsüm ərzində bacarıb. Kriştianu Ronaldu isə İspaniyanın “Real Madrid” futbol komandasında keçirdiyi doqquz mövsümdə La Liqanı yalnız iki dəfə qazana bilib.

İdman.Biz