"Sevilya" Markos Akunanın transfer qiymətini açıqlayıb.
İdman.biz xəbər verir ki, argentinalı müdafiəçi 3,5 milyon avroya satıla bilər.
Sevilyalılar "Qalatasaray"ın da maraqlandığı futbolçu transferə çıxarıblar. Baş məşqçi hazırlığından narazı qaldığı üçün Akunanı əsas heyətdən kənarda qoyub. Markos "Korintians" və AEK-in də transfer siyahısına daxil olub.
Qeyd edək ki, 2020-ci ildən "Sevilya"da çıxış edən argentinalı 149 oyunda 6 qol vurub və 16 ötürmə verib.
İdman.biz