"Qarabağ"ın Çempionlar Liqasının pley-offundakı rəqibi "Dinamo" növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, Zaqreb klubu Xorvatiya çempionatının 3-cü turunda "Şibenik"i qəbil edib.
Zaqreblilər çətinlik çəkmədən qələbə qazanıblar. Sergey Yakiroviçin yetirmələri qonaq komandanın qapısından 3 cavabsız qol keçiriblər. "Dinamo" 3 turdan sonra maksimum nəticə ilə lider mövqeyində yer alıb.
Qeyd edək ki, "Qarabağ"la "Dinamo" arasında ilk oyun avqustun 20-də Zaqrebdə, cavab matçı isə 28-də Bakıda olacaq.
İdman.biz