İkardi “Qalatasaray”a qayıtmağa hazırdır

5 Oktyabr 2026 10:27
121
İkardi “Qalatasaray”a qayıtmağa hazırdır

Argentinalı futbolçu Mauro İkardi “Qalatasaray”a qayıtmaq üçün maaşını əhəmiyyətli dərəcədə azaltmağa hazırdır.

İdman.Biz xəbər verir ki, argentinalı jurnalist Nayara Vekkionun “X” sosial şəbəkəsində yaydığı məlumata görə, hücumçu xidmətlərini Türkiyə klubuna illik 3,5 milyon avroya təklif edib. O, hətta 2 milyon avro maaşa oynamağa razıdır.

Bildirilir ki, İkardi keçmiş həyat yoldaşı Vanda Naranın yanında olan qızlarını yanına gətirmək üçün maliyyə tələblərini azaltmağa hazırdır. Jurnalistin sözlərinə görə, uşaqlar Türkiyədə yaşamaq istəmirlər.

İkardi daha əvvəl “Qalatasaray”da icarə əsasında çıxış edib, daha sonra klubla tamhüquqlu müqavilə imzalayıb.

Bununla belə, argentinalı hücumçunun Avropa futboluna qayıdışı səhhəti ilə bağlı problemlərə görə çətinləşə bilər. Vekkionun məlumatına görə, zədə səbəbindən İkardinin klublarda tibbi müayinədən keçməsində problemlər yaranıb.

İdman.Biz