Norveçli futbolçu Erlinq Holand “Mançester Siti”dən ayrılacağı təqdirdə karyerasını yalnız iki klubdan birində davam etdirməyə hazırdır.
İdman.Biz xəbər verir ki, “Teamtalk”ın məlumatına görə, 26 yaşlı hücumçu “Real Madrid” və “Barselona”ya keçməyə üstünlük verir. Holand İspaniya La Liqasını karyerasını davam etdirmək üçün ən uyğun variant hesab edir və İngiltərə Premyer Liqasının digər klubuna keçmək istəmir.
Qeyd edək ki, “Mançester Siti” maliyyə pozuntuları ilə bağlı ciddi sanksiyalarla üzləşə bilər.
Holannın “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilin yayına qədərdir. Norveçli futbolçunun bazar dəyəri 220 milyon avro qiymətləndirilir.
