Federiko Koppitelli: “Zirə”nin ilk oyunda şansı yox idi" - MÜSAHİBƏ

Xəbərlər
14 Avqust 2024 19:54
1 152
Federiko Koppitelli: “Zirə”nin ilk oyunda şansı yox idi" - MÜSAHİBƏ

"Vəziyyətə uyğunlaşmağa çalışacağıq".

İdman.biz xəbər verir ki, bunu Xorvatiyanın "Osiyek" komandasının baş məşqçisi Federiko Koppitelli Bakıda "Zirə"yə qarşı keçirəcəkləri Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

- “Zirə”nin ilk matçda qol vura biləcəyinə inanmadığınızı demişdiz. Nəyə görə belə düşünürdüz?

- Yox, mən o mənada deməmişdim. Sual komandanın müdafiəyə çəkilməsi ilə bağlı idi. Bu, həm də əvvəlki oyunların yorgunlugu ilə bağlıdı. “Zirə”nin ilk oyunda şansı yox idi. Buraxılan qol bizim müdafiəmizlə əlaqədar oldu.

- ⁠Meydançadakı ot örtüyü ilə yəqin ki, tanış olmusuz. Bu cür şəraitdə oynamaq sizə nə qədər rahat olacaq?

- ⁠Meydançadan aslı olmayaraq biz hər şeyə öyrəşməliyik. Bizim ot örtüyü ilə buradakı arasında çox fərq var.

- ⁠Erməni futbolçunu Bakıya gətirmisinizmi? Onun yoxluğu komandaya necə təsir edəcək?

- Bizim üçün ciddi itkidir. Məlum səbəblərə görə onu bura gətirə bilmədik. Bunun səbəbi zədəli və ya cəzalı olması deyil.

- "Zirə"də çıxış edən italiyalı Pyer Zebleni əvvəlcədən tanıyırdınızmı?

⁠- ⁠Bəli, tanıyıram. O Belçikanın bir klubunda çıxış edib. Yaxşı oyunçudur. Ona uğurlu karyera arzulayıram.

- ⁠Əlavə vaxta və penaltilər seriyasına hazırsınızmı?

- ⁠Əlbəttə hazırıq. Bu bir ehtimaldır. Bizdə bu cür hal yaransa ona uyğun çıxış edəcəyik.

Banuçiçək Hüseynli
İdman.biz