Krunoslav Reduliç: "Futbolçularıma nəsə deyə bilmərəm"

Xəbərlər
12 Avqust 2024 00:09
272
Krunoslav Reduliç: "Futbolçularıma nəsə deyə bilmərəm"

"İlk növbədə rəqibi təbrik edirəm, onlar qələbəyə layiq idilər".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Krunoslav Reduliç deyib.

Xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının II turunda "Zirə"yə qarşı oyunda öz komandasının çıxışını dəyərləndirib: "Öz futbolçularıma nəsə deyə bilmərəm. Çünki onların bu gün oyuna yanaşması çox yaxşı idi. Təəssüf ki, biz bundan heç nə əldə edə bilmədik. "Zirə" çətin komandadır. Bunu uşaqlara demişdim. Keçənilki matça bənzədi. Oyuna nəzarət bizdə idi. Sadəcə penalti hər şeyi dəyişdi və biz uduzduq".

Qeyd edək ki, "Sabah" öz meydanında "Zirə"də 0:2 hesabı ilə uduzub.

İdman.biz