Rəşad Sadıqov: "Hesabı bərabərləşdirmək üçün çox çalışdıq"

Xəbərlər
9 Avqust 2024 00:56
220
Rəşad Sadıqov: "Hesabı bərabərləşdirmək üçün çox çalışdıq"

"Birinci hissədə daha çox taktiki mübarizənin şahidi olduq".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, Konfrans Liqasının III təsnifat mərhələsində "Osiyek"lə səfərdə keçirilmiş oyunu şərh edib: "Rəqib daha çox stantdart vəziyytələr zamanı təhlükəli olurdu. İkinci hissədə üstünlüyü ələ aldıq. Hesabı bərabərləşdirmək üçün çox çalışdıq. Əgər məğlub olsa idik belə, hər şey cavab matçında həll olunacaqdı. "Osiyek" çox böyük potensiala malikdir. Bizim futbolçularımız rəqibə qarşı yaxşı mübarizə apardılar. Cavab matçında daha yaxşı olmağa çalışacağıq. Əlbəttə, "Osiyek"dən də bunu gözləyirəm. Gərgin oyun olacaq".

Qeyd edək ki, "Zirə" mərhələnin ilk görüşündə Xorvatiyada "Osiyek"lə heç-heçə oynayıb - 1:1.

İdman.biz