Edinson Kavani “Boka Xuniors”dan ayrılacaq

18 İyun 2026 20:01
104
Edinson Kavani “Boka Xuniors”dan ayrılacaq

“Boka Xuniors”un 39 yaşlı hücumçusu Edinson Kavani Argentina klubundan ayrılır.

İdman.Biz bu barədə TyC Sports-a istinadən bildirir.

Mənbənin məlumatına görə, onun Argentina klubu ilə müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Daha əvvəl klubun yeni məşqçisi Ruben Arruabarrena hücumçunu start heyətində görmədiyini açıqlamışdı. Bu şəraitdə Edinson ayrılmağı seçib. Oyunçu hazırda yeni klub axtarır, çox güman ki, sonuncu klubudur.

Xatırladaq ki, Kavani 2023-cü ilin yayında “Valensiya”dan “Boka Xuniors”a pulsuz transferlə qoşulub. Bu müddət ərzində o, 81 oyun keçirib, 28 qol vurub və üç məhsuldar ötürmə edib.

İdman.Biz