İstanbul klubunun mətbuat xidməti rəsmi olaraq “Malyorka”nın hücumçusu Vedat Muriqinin Türkiyənin “Fənərbağça” klubu ilə razılığa gəldiyini açıqlayıb.
İdman.Biz bildirir ki, futbolçu tibbi müayinədən keçmək və transferi başa çatdırmaq üçün bu gün Türkiyəyə gələcək.
2025/2026 mövsümündə Muriqi 23 qolla La Liqada ikinci yeri tutaraq “Barselona”dan Lamin Yamal və “Real Madrid”dən Vinisius Junior (hər ikisi 16 qol) qabaqlayıb. Daha çox qol vuran yalnız “Real Madrid”in hücumçusu Kilian Mbappe (25 qol) olub. “Malyorka” çempionatdan sonra La Liqa 2-yə düşüb.
