Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkatması keçirilib.
İdman.biz xəbər verir ki, tədbirdə 12 cüt müəyyənləşib.
Çempionlar Liqasının III təsnifat mərhələsinin Çempionlar yolunun 6 məğlubu, Avropa Liqasında eyni turun 13 qalibi və əvvəlki raundlardan azad olan beş komandanın rəqibləri məlum olub. “Qarabağ”ın “Lüdoqorets”lə duelinin uğursuzunu da kimin gözlədiyi dəqiqləşib.
Avropa Liqası
Pley-off
"Dinamo" Mn - "Linkoln" cütünün qalibi - “Anderlext”
"Yagellonya" - "Bodo Qlimt" cütünün məğlubu - "Panatinaikos" - "Ayaks" cütünün qalibi
"Qarabağ" - "Lüdoqorets" cütünün məğlubu - "Petrokub" – TNS cütünün qalibi
"Partizan" - "Luqano" cütünün qalibi - “Beşiktaş”
LASK - "Sparta" - "Styaua" cütünün məğlubu
"Santa Koloma" – RFŞ cütünün qalibi - "Slovan" - APOEL cütünün məğlubu
"Panevejis" – "Makkabi" T-Ə cütünün qalibi - “Baçka Tobola”
"Malmö" - PAOK cütünün məğlubu - "Selye" – "Şemrok Rovers" cütünün qalibi
"Midtulland" - "Ferentsvaroş" cütünün məğlubu - "Klaksvik" - "Borats" cütünün qalibi
"Molde" - "Serkl Brügge" cütünün qalibi - "Riyeka" - "Elfsborq" cütünün qalibi
"Braqa" - “Servett” cütünün qalibi - "Trabzonspor" - "Rapid" V cütünün qalibi
“Krivbass” - “Viktoriya” Pl cütünün qalibi - “Harts”
Qeyd edək ki, pley-offun oyunları avqustun 22-də və 29-da keçiriləcək.
İdman.biz