Heç-heçə “Sumqayıt”ın işinə yaramayıb - VİDEO

Xəbərlər
31 İyul 2024 22:55
375
Heç-heçə “Sumqayıt”ın işinə yaramayıb - VİDEO

"Sumqayıt" avrokuboklarda növbəti oyununa çıxıb.

İdman.biz xəbər verir ki, Konfrans Liqasında mübarizə aparan təmsilçimiz II təsnifat mərhələsinin cavab matçını keçirib.

Samir Abasovun yetirmələri Macarıstanda "Fehervar"la görüşüb. Evdə 1:2 hesabı ilə uduzan "Sumqayıt" səfərdə revanş almağa çalışıb. Amma təmsilçimizin səyləri nəticəsiz qalıb. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.

Qeyd edək ki, sabah "Zirə" səfərdə "Dunayska Streda", "Sabah" isə Bakıda Hayfa "Makkabi"si ilə qarşılaşacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
31 iyul
21:00. "Fehervar" (Macarıstan) – "Sumqayıt" - 0:0

Baş hakim: Kristoffer Karlsson (İsveç)
"Fehervar": 22. Balaş Töt, 7. Szabolş Şön, 31. Nikola Serafimov, 8. Boqdan Melnik, 21. Andras Huszti, 14. Aron Ksonqvai (k), 77. Matyas Katona, 20. Tobias Kristensen, 27. Bence Bedi, 11. Nikolas Stefanelli, 19. Patrik Kovaş
Baş məşqçi: Tamaş Pete
"Sumqayıt": 1. Mehdi Cənətov, 7. Rövlan Muradov, 6. Vüqar Mustafayev (k), 3. Slavişa Radoviç, 14. Elvin Bədəlov, 8. Səbuhi Abdullazadə, 19. Roy Kehat, 23. Cordan Rezabala, 11. Fernando Medeyros, 9. Nikola Vuynoviç, 10. Rəhim Sadıxov
Baş məşqçi: Samir Abasov
Şekeşfehervar. Mol Arena Sosto
İlk oyun – 2:1

İdman.biz