Xisko Munyos: “Geri dönüş etmək çətin olacaq”

Xəbərlər
25 İyul 2024 22:58
391
Xisko Munyos: “Geri dönüş etmək çətin olacaq”

"Oyun nəticəsi birbaşa mənim səhvimdir".

İdman.biz xəbər verir ki, bunu “Dunayska Streda”nın baş məşqçisi Xisko Munyos deyib.

İspaniyalı mütəxəssis Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" ilə keçirilən ilk oyunundan sonra mətbuat konfransında komandanın azarkeşlərindən üzr istəyib: "Oyunçulara nəyin önəmli olduğunu çatdıra bilməmişəm. Azarkeşlərdən üzr istəyirəm. Geri dönüş etmək çox çətin olacaq. Şanslarımız var idi. Amma rəqib daha istəkli idi. Səhvlərimizdən nəticə çıxarıb cavab matçında daha yaxşı oyanamağa çalışacağıq".

Munyos ağır məğlubiyyətin səbəblərinin şərh edib: “Sadəcə bu oyunlarda epizodları düzgün dəyərləndirmək lazım idi. Mən pozitiv insanam. Öyrənməli və gələcəyə yaxşı hazırlaşmalıyıq. Belə nəticələr bəzən səni reallığa qaytarır. 0:4 böyükhesablı məğlubiyyətdir. Bir daha deyirəm ki, bu nəticənin səbəbkarı özüməm”.

İspaniyalı mütəxəssis cavab oyununda gözləntilərindən də söz açıb: "Komandaya inanıram. Futbolçuların bacarığına bələdəm. Ən əsası hazırda hansı nöqtədə olduğumuzu bilirik. Növbəti oyunda həmrəy olmalıyıq. Bizi çətin matç gözləyir. Əlbəttə çətin olacaq. Amma mümkünsüz heç nə yoxdur. Ümid hər zaman var”.

Qeyd edək ki, "Zirə" mərhələnin ilk oyununda "Dunayska Streda"nı 4:0 hesabı ilə məğlub edib.

Emin Ağa
İdman.biz