“Mançester Siti”nin transfer siyasəti: 650 min futbolçuya aid məlumat bazasından istifadə edilir

24 Sentyabr 2026 20:12
78
“Mançester Siti”nin transfer siyasəti: 650 min futbolçuya aid məlumat bazasından istifadə edilir

“Mançester Siti”nin transferə cəlbetmə prosesi dünyanın müxtəlif ölkələrindən təxminən 650 min futbolçunun yer aldığı məlumat bazası ilə başlayır.

İdman.Biz BBC-ə istinadən xəbər verir ki, klub əvvəlcə hansı mövqeyə və tipdə futbolçuya ehtiyac olduğunu müəyyənləşdirir, daha sonra məlumat bazasına xüsusi filtrlər tətbiq edir. Bu proses nəticəsində namizədlərin sayı 20-50 nəfərə qədər azaldılır.

Daha sonra futbolçuların göstəriciləri skaut hesabatları ilə müqayisə olunur və siyahı təxminən 6 oyunçuya qədər daraldılır. Namizədlər zədə tarixçəsi, atletik göstəricilər və davranış kimi meyarlar üzrə də qiymətləndirilir.

Son mərhələdə müxtəlif analitik göstəricilər, skautların rəyləri və futbolçuların oxşar rollardakı oyunçularla müqayisəsi nəzərə alınaraq siyahı 2-3 namizədə endirilir və əsas hədəf müəyyənləşdirilir.

“Siti”nin bu sistemi vasitəsilə Andrea Kambiazo və Jeremi Doku kimi futbolçular da müəyyənləşdirilib. Klub həmçinin gözlənilmədən transferə çıxarıla biləcək oyunçuları izləyir. Bu çərçivədə Yan Diomande və Eduardo Kamavinqanın göstəriciləri də nəzarətdə saxlanılır.

İdman.Biz