“Çelsi” yanvarda Xusanovu almaq variantını nəzərdən keçirir

24 Sentyabr 2026 19:15
99
“Çelsi” yanvarda Xusanovu almaq variantını nəzərdən keçirir

“Çelsi” yanvar transfer pəncərəsi ərəfəsində “Mançester Siti”nin müdafiəçisi Abduqodir Xusanovu diqqətdə saxlayır.

İdman.Biz “Caught Offside”ya istinadən xəbər verir ki, Premyer Liqanın daha üç klubu da Xusanovun transferi variantını nəzərdən keçirir.

Hazırda Xusanovun “şəhərlilər”in əsas heyətində müntəzəm meydana çıxıb-çıxmayacağı məlum deyil. Bu səbəbdən “Çelsi” 22 yaşlı futbolçunun vəziyyətini diqqətlə izləyir.

Cari mövsümdə müdafiəçi bütün turnirlərdə 6 oyunda iştirak edib. Onun “Mançester Siti” ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.

“Transfermarkt”ın məlumatına görə, Xusanovun bazar dəyəri 50 milyon avrodur (100 milyon manat).

İdman.Biz