“Turan Tovuz” yeni futbolçu ilə güclənib.
Klubdan İdman.bizə verilən məlumata görə, bölgə təmsilçisi Araş Qadiri ilə danışıqları müsbət yekunlaşdırıb.
26 yaşlı müdafiəçi ilə 2+1 illik müqavilə bağlanıb. İranlı futbolçu son olaraq “Traktorsazi”nin şərəfini qoruyub. O, daha əvvəl İranda “Aliminium” və “Peykan” klublarının formasını geyinib.
İdman.biz