"Şamaxı" yeni müqavilə bağladığı Lubeni Haukonqo ilə yollarını ayırıb.
İdman.biz xəbər verir ki, futbolçu ölkəmizdə yaşamaq icazəsi ala bilməyib.
Bu səbəbdən tərəflər arasında müqavilə Azərbaycan qanunvericiliyinə əsasən qüvvədən düşüb.
Qeyd edək ki, "Şamaxı" iyulun 7-də namibiyalı futbolçunu transfer etdiyini açıqlamışdı.
İdman.biz