“Milan” almaniyalı forvard Niklas Füllkruqla güclənə bilər.
İdman.biz xəbər verir ki, klubun təmsilçiləri 31 yaşlı futbolçu ilə ilk danışıqlar aparıblar.
Niklas “Borussiya”nı (Dortmund) tərk etməyin lehinə deyil. “Ştutqart”dan Seru Girassinin transfer olunması Fülkruqun komandada əsas heyətdəki yerinin itirməsinə səbəb olacaq.
Qeyd edək ki, Almaniya yığmasının üzvü 2023/2024 mövsümündə Dortmund klubunda 46 oyunda 16 qol və 10 ötürmə ilə yadda qalıb.
İdman.biz