Dünyanın ən böyük mərkəzləşdirilməmiş proqnoz platformalarından biri olan "Polymarket"in qiymətləndirməsinə görə, İngiltərə millisinin və "Bavariya"nın futbolçusu Harri Keyn 2026-cı il "Qızıl top" mükafatına əsas namizəddir.
İdman.Biz xəbər verir ki, mükafatın qalibinin müəyyənləşdirilməsi üçün səsvermə artıq başa çatıb. Lakin təşkilatçılar nəticələri oktyabrın 26-da Londonda keçiriləcək mərasimə qədər gizli saxlayacaqlar.
Bununla belə, "Polymarket"-də vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Hazırda Keynin qalib gəlmək ehtimalı təxminən 58 faiz qiymətləndirilir. “Bavariya”nın hücumçusu 22 faiz şansla ikinci yerdə olan Lamin Yamalı qabaqlayıb.
Kilian Mbappe təxminən 8 faiz, Lionel Messi və Rodri isə 5 faiz göstəriciyə malikdir.
Qeyd edək ki, "Polymarket"-in göstəriciləri proqnoz bazarı iştirakçılarının qiymətləndirməsini əks etdirir və “Qızıl top” üzrə rəsmi səsvermənin nəticələrinə aid deyil.
Son illərdə qalibin adı mərasimə qədər gizli saxlanılır. Əvvəllər isə “Qızıl top”un sahibinə qələbəsi əvvəlcədən bildirilə bilərdi. Bu, “France Football” jurnalı üçün müsahibə və fotosessiyaya hazırlıq məqsədi daşıyırdı.
