Azərbaycanda avrokubok həyəcanı: 28 mövsüm, 21 klub, 5 turnir - TƏHLİL

Xəbərlər
10 İyul 2024 17:52
476
Azərbaycanda avrokubok həyəcanı: 28 mövsüm, 21 klub, 5 turnir - TƏHLİL

Sabah Azərbaycan futbolu üçün 2024/25 mövsümünə start veriləcək.

İdman.biz xəbər verir ki, bu, Avropa Liqasının I təsnifat mərhələsində gerçəkləşəcək.

“Zirə” Moldovada “Şerif”lə üz-üzə gələcək. Digər təmsilçilərimiz II təsnifat mərhələsindən yarışa qatılacağı üçün avrokubok mövsümünü Rəşad Sadıqovun yetirmələri açacaq.

2024/25 mövsümü Avropa futbolu üçün yubiley xarakteri daşıyır. Ən köhnə qitə klub turniri olan Çempionlar Liqası 70-ci dəfə təşkil olunur. 1955/56 mövsümündən keçirilən yarışla avrokubokların da 70-ci futbol ili başlayır.

Azərbaycan isə bundan xeyli gec – müstəqillik əldə olunduqdan və AFFA UEFA-ya üzv olduqdan sonra qitə klub turnirlərində debüt edib. Bu, avrokubokların startından 39 il sonra gerçəkləşib.

Həmin məntiqlə ölkəmiz üçün 31-ci avrokubok mövsümü başlamalı idi. Amma 2002/03 və 2003/04 mövsümlərində bu həyəcandan kənar qaldığından Azərbaycan yalnız 29-cu dəfə Avropa “səyahət”inə çıxır.

Arxada qalan 28 mövsümdə komandalarımız 442 avrokubok oyunu keçirib. 137 qələbəsi olan təmsilçilərimiz 137 heç-heçə edib və 200 dəfə uduzub. 461 qola sevinən klublarımız 648 top buraxıb.

Bu, 5 müxtəlif turnir çərçivəsində gerçəkləşib. UEFA kuboku ilə başlayan Avropa macəraları sonradan Çempionlar Liqası və Kuboklar kubokunda, az keçmiş İntertoto kubokunda davam edib. Zaman keçdikcə son iki turnir mövcudluğunu itirib, bu yaxınlarda Konfrans Liqası yaradılıb. Üstəlik, UEFA kuboku da artıq 15 ildir Avropa Liqası adlanır.

ÇL

97

33

29

35

107-118

UK/AL

271

80

63

128

285-409

İK

26

9

3

14

19-41

KK

8

0

2

6

1-17

KL

40

15

8

17

49-63

ÇL – Çempionlar Liqası, AL – Avropa Liqası, UK – UEFA kuboku, İK – İntertoto kuboku, KL – Konfrans Liqası, KK – Kuboklar Kuboku.

Əvvəlki 28 mövsümə nəzər salsaq, üç dövrə bölmək olar. Klublarımızın maliyyə baxımından kasıb olduğu və nəticə də qazanmadığı illər kifayət qədər uzun sürüb. İlk qələbəni 3-cü mövsümdə əldə edən barmaqla sayılacaq sayda uğura imza atıb. Həmin illərdə bir mərhələ adlanması belə böyük bayram olub.

2004-12-ci illərdə böyük pullar qarşılığında heyətini gücləndirən klublar mərhələ, hətta bir neçə raund keçməyə başlayıblar. 3-cü mərhələ, pley-off da həmin vaxta təsadüf edib.

“Neftçi”nin avrokuboklarda qrupa yol açdığı 2012-cidən sonra sanki yeni era başlayıb. Bir mövsüm heç bir komanda bunu bacarmasa da, estafeti “ağ-qaralar”dan qəbul edən “Qarabağ” ardıcıl 10 dəfə qrup həyəcanı yaşayıb. İki dəfə “Qəbələ” də onlara qoşulub. Təbii ki, bu müddətdə mövsüm ərzindəki qələbə və qol sayı da dəfələrlə yüksək olub.

1994/95

2

0

0

2

0-7

1995/96

4

0

1

3

1-12

1996/97

6

1

2

3

5-20

1997/98

6

0

0

6

0-20

1998/99

8

1

0

7

4-25

1999/2000

10

2

0

8

6-22

2000/01

10

2

0

8

9-25

2001/02

8

0

1

7

1-14

2004/05

12

4

1

7

6-17

2005/06

10

4

0

6

10-18

2006/07

10

4

2

4

6-9

2007/08

8

1

4

3

7-11

2008/09

14

3

5

6

11-18

2009/10

16

4

4

8

15-27

2010/11

14

6

4

4

16-14

2011/12

12

3

5

4

13-14

2012/13

22

5

11

6

29-26

2013/14

18

8

4

6

16-22

2014/15

24

9

6

9

27-27

2015/16

34

8

14

12

28-36

2016/17

34

11

7

16

38-42

2017/18

24

10

5

9

28-29

2018/19

20

7

3

10

17-28

2019/20

24

9

5

10

40-34

2020/21

14

4

3

7

16-17

2021/22

26

9

7

10

29-41

2022/23

24

9

6

9

33-29

2023/24

28

13

5

10

50-44

28 mövsümdə 5 müxtəlif yarışda təmsil olunan Azərbaycanın 21 klubu Avropaya çıxıb. Bir dəfə Çempionlar Liqası, 8 dəfə Avropa Liqası, 1 dəfə Konfrans Liqasında qrupa düşən və bu uğurları ardıcıl 10 mövsümdə reallaşdıran “Qarabağ” qitə miqyasındakı ən yaxşı təmsilçimizdir. Ağdamlılar həm oyun, həm qələbə, həm vurulan qol sayında ən yaxın izləyicilərini iki dəfədən də çox qabaqlayır. “Neftçi”nin ikinci olduğu siyahıda “Şamaxı” da “üçlük”də yer alıb. Sonunculardan daha çox oyun keçirən “Qəbələ” qələbə sayında onlardan geri qalır. 21 komandadan 13-ü qələbə sevinci yaşayıb.

1

Qarabağ

176

66

46

64

207-220

2

Neftçi

82

26

20

36

95-127

3

Şamaxı

39

16

11

12

45-45

4

Qəbələ

42

11

7

24

42-67

5

Bakı

18

4

5

9

16-31

6

Sabah

4

3

0

1

6-3

7

Xəzər Lənkəran

18

2

7

9

14-33

8

Zirə

6

2

2

2

5-7

9

Karvan

6

2

1

3

3-6

10

Kəpəz

14

2

1

11

6-30

11

MKT Araz

4

1

1

2

1-3

12

Bakı fəhləsi

2

1

0

1

1-1

13

Şəmkir

10

1

0

9

7-21

14

Şüvəlan

4

0

2

2

3-5

15

Sumqayıt

3

0

1

2

0-4

16

Xəzri

2

0

1

1

2-11

17

Səbail

2

0

0

2

4-6

18

Simurq

2

0

0

2

0-4

19

Şəfa

2

0

0

2

0-7

20

Turan

2

0

0

2

0-7

21

Viləş

4

0

0

4

2-10

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: