“Sabah”ın yeni transferi: “Ən yaxşısını edəcəyik””

Xəbərlər
10 İyul 2024 00:06
431
“Sabah”ın yeni transferi: “Ən yaxşısını edəcəyik””

“Bu mənim üçün yeni çağırışdır”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın yeni transferi Pavol Şafranko klubun rəsmi səhifəsinə açıqlamasında deyib.

Slovakiyalı hücumçu yeni liqada özünü sınamaq qərarı verdiyini bildirib: “Burada olmaqdan çox şadam. Yeni müqavilə bağladıq. Yeni liqa, yeni komanda. Əsas hədəfim bu möhtəşəm komanda ilə uğurlar qazanmaqdır. Düzünü desəm mümkün olduqca çox qol vuraraq “Sabah”a faydalı olmaq arzusundayam. Mümkün qədər yüksək pillədə yer almaq istəyirəm. Məşhurlardan güclü xarakteri və çalışqanlığı ilə ən çox bəyəndiyim futbolçu Kriştiano Ronaldodur. Azarkeşlərə demək istərdim ki, stadiona gəslinlər, bizim yanımızda olsunlar. Söz verirəm ki, meydanda əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Qeyd edək ki, “Sabah” bu gün Şafranko ilə 2 illik müqavilə imzalayıb.

İdman.biz