“Zirə”nin futbolçusu Ktatau Türkiyədə əməliyyat olunub.
İdman.Biz xəbər verir ki, yarımmüdafiəçi 5-ci metatarsal(daraq) sümüyü nahiyəsindən əməliyyat keçirib.
Onun təxminən 3-4 aydan sonra yaşıl meydanlara qayıtması gözlənilir.
Qeyd edək ki, Ktatau sentyabrda Portuqaliyanın “Çaveş” klubundan “Zirə”yə transfer olunub.
