İspan qapıçı "İnter"də

Xəbərlər
9 İyul 2024 21:23
496
İspan qapıçı "İnter"də

"Cenoa"nın qapıçısı Xosep Martines "İnter"ə keçib.

İdman.biz xəbər verir ki, Milan klubu bununla bağlı paylaşım edib.

"İnter" ispaniyalı qolkiperin keçidi üçün 15 milyon avro ödəyib. "Barselona"nın yetirməsi olan Martines "Leypsiq" və "Las-Palmas" kimi klublarda da çıxış edib.

Qeyd edək ki, Xosep 2022-ci ildən "Cenoa"nın formasını geyinib. O, 68 oyunda qapısında 68 top buraxıb.

İdman.biz