“Sabah”ın Konfrans Liqasında rəqibi olan “Makkabi” (Hayfa) növbəti yoldaşlıq görüşündə gücünü sınayıb.
İdman.biz xəbər verir ki, İspaniyada hazırlıqlarını davam etdirən İsrail klubu Andorra təmsilçisi “Atletik Eskaldes” ilə üz-üzsə gəlib.
Matç “Sabah”ın rəqibinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, “Makkabi”nin 2-ci yoxlama görüşü olub. Onlar ilk hazırlıq matçında Andorranın digər təmsilçisi “İnter Eskaldes”i 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Sabah” “Makkabi”yə qarşı ilk oyunu iyulun 25-də səfərdə keçirəcək. Cavab matçı 1 həftə sonra Bakıda olacaq.
İdman.biz