30 yaşlı alban "Səbail"də

Xəbərlər
7 İyul 2024 17:36
263
30 yaşlı alban "Səbail"də

Türkiyədə hazırlıq keçən “Səbail” ilk legioner transferini reallaşdırıb.

İdman.biz xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

“Dənizçilər” albaniyalı Amir Bilali ilə 1 illik müqavilə imzalayıblar. 30 yaşlı mərkəz müdafiəçisinin çıxış etdiyi son klub Şimali Makedoniya təmsilçisi “Qostivar” olub. O, "Səbail"də 44 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Səbail" bundan əvvəl Fərid Nəbiyev, Nihat Quliyev və Vüsal Məsimovu transfer edib.

İdman.biz