Aslan Kərimov: “Futbolçular öz potensiallarını göstərmək istədilər”

5 Oktyabr 2026 14:28
59
Aslan Kərimov: “Futbolçular öz potensiallarını göstərmək istədilər”

“Hesab edirəm ki, Lixtenşteynlə oyunda da əzmkar idilər, sadəcə olaraq müəyyən epizodlarda qol imkanlarını reallaşdıra bilmədik. Bu iki oyundan sonra komandada psixoloji olaraq bir az eniş var idi”.

Bu sözləri Azərbaycan millisinin və “Qarabağ”ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimov milli komandamızın Litva üzərində qazandığı 1:0 hesablı qələbəni dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis texniki heyətin futbolçulara aşıladığı motivasiyadan və komandanın meydandakı aqressiv oyunundan söz açıb.

“Məncə, texniki heyət futbolçulara bu görüşdə bir az da aqressivlik və əzmkarlıq qatdı. Çünki həqiqətən də artıq geriyə atılacaq addımımız qalmamışdı. Əgər bu oyunda heç-heçə etsəydik və ya xal itirsəydik, hər şeyi əldən vermiş olacaqdıq. Düzü, mənə görə hər şey əldən çıxmırdı. Məğlub olsaq və ya heç-heçə etsək də dəyişən bir şey yox idi, sadəcə oyunçularımız özlərinə inamı itirəcəkdilər”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.

A.Kərimov Lixtenşteynlə heç-heçədən sonra yaranan təzyiqin komandaya müsbət təsir göstərdiyini və qələbənin haqlı olduğunu vurğulayıb:

“Mənə elə gəlir ki, o heç-heçə bu oyuna təsir göstərdi. Lixtenşteyni məğlub edə bilməməyimiz o qədər qınandı ki, oyunçular da öz potensiallarını göstərmək istədilər. Əslində onları udacaq gücdəyik, sadəcə Lixtenşteynlə oyunda bəxtimiz gətirməmişdi. Bəlkə də bunun verdiyi motivasiya ilə bu oyunda daha aqressiv göründülər və məncə, haqlı olaraq da qələbə qazandılar. Əslində bu matçda daha çox qol vurmalı idik”.

İdman.Biz