“Barselona”nın və İspaniya millisinin sabiq futbolçusu Andres İnyesta katalon klubunun 19 yaşlı vingeri Lamin Yamalın çıxışını yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, İnyesta “Mundo Deportivo”ya müsahibəsində Yamalın bu yaşda qazandığı uğurların qeyri-adi olduğunu bildirib.
“Laminin 19 yaşında etdikləri normal deyil. Əgər bu normal olsaydı, eyni uğurlara çata bilən daha çox futbolçu olardı. Onun ən gözəl xüsusiyyətləri ambisiyası və təbii istedadıdır. Bu yaşda qarşıda onu möhtəşəm gələcək gözləyir”, - deyə İnyesta bildirib.
İspaniyalı keçmiş yarımmüdafiəçi hesab edir ki, Yamalın gənc yaşda qazandığı böyük uğurlar onun üçün problemə çevrilməməlidir. İnyestanın fikrincə, “Barselona” kimi böyük klubda əsas məsələ əvvəllər nələr qazandığın deyil, bundan sonra nələr qazanacağındır.
Qeyd edək ki, Yamal 19 yaşında İspaniya ilə Avropa və dünya çempionu, “Barselona” ilə isə üçqat İspaniya çempionudur. O, həmçinin İspaniya Kubokunu və iki ölkə Superkubokunu qazanıb.
