“Sabah” - “Slaviya” oyununa 45 minə yaxın bilet satılıb

5 Oktyabr 2026 13:58
95
“Sabah” - “Slaviya” oyununa 45 minə yaxın bilet satılıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda keçiriləcək “Sabah” - “Slaviya” (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.

Bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov report.az-a bildirib ki, qarşılaşma üçün paket biletlər də daxil olmaqla, 45 minə yaxın bilet satılıb.

“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün indiyədək ümumilikdə 100 mindən çox bilet satılmışdı.

Xatırladaq ki, “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını Bakı Olimpiya Stadionunda keçirəcək. “Bayquşlar” oktyabrın 13-də Çexiyanın “Slaviya” komandasını qəbul edəcək.

İdman.Biz
Məqalədə: