Kamal Umudlu İsveç - Şimali Makedoniya matçını idarə edəcək

5 Oktyabr 2026 13:28
74
Kamal Umudlu İsveç - Şimali Makedoniya matçını idarə edəcək

FIFA referesi Kamal Umudlu UEFA-dan təyinat alıb.

İdman.Biz xəbər verir ki, ədalət təmsilçisi bu gün U-21 Avropa çempionatının seçmə mərhələsində keçiriləcək İsveç - Şimali Makedoniya oyununu idarə edəcək.

Umudluya yan xətlərdə Namiq Hüseynov və Vüsal Məmmədov kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını isə Əli Əliyev yerinə yetirəcək.

Falkenberq şəhərində yerləşən “Falkon Alkoxolfri Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə 20:30-da başlanacaq.

İdman.Biz