“Barselona”nın qapıçısına Bakıda sürpriz hədiyyə verildi - VİDEO

26 Noyabr 2026 12:47
52
“Barselona”nın qapıçısına Bakıda sürpriz hədiyyə verildi - VİDEO

İspaniyanın “Barselona” futbol komandasının polşalı qapıçısı Voytsex Şensnı Bakıda maraqlı hadisə ilə gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, təcrübəli qolkiper UEFA Çempionlar Liqasının liqa mərhələsinin beşinci turunda “Sabah”la keçirilən qarşılaşmadan sonra stadionu tərk edərkən azarkeşlərdən hədiyyə alıb.

Həm “Barselona”, həm də rəqib komandaların azarkeşləri arasında böyük rəğbət qazanan polşalı qapıçıya veriliən kiçik kubok hədiyyəsinə sevincli reaksiyası İspaniya mediasında işıqlandırılıb.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz